Saytın statistikası


Haqqımızda
   GES group - Azərbaycanda bir çox layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayıb. Bunlardan ümummilli lider Heydər Əliyevin Abşeron rayonundakı ev muzeyində və Yeni Azərbaycan Partiyasının Baş gərargahı binasının qapı-pəncərə sistemlərinin quraşdırılması, Baş Dövlət Yol Polisi inzibati binasının poliuretan örtüklə üzlənməsi, "Şəhriyar" adına Mədənıyyət Sarayının rekonstruksiyası, Maştağadakı Olimpiya İdman kompleksinin transparant fasad sistemi ilə təchizatı,”Təzəpir” məsçidinin bərpası zamanı dörd qat şüşədən ibarət "skaylayt" gümbəz sisteminin quraşdırılmasını, “Xəqani” ticarət mərkəzinin eləcə də, “Pal Zileri”, “GUESS”, “Etro”, “Burberry” ve.s. kimi dünya şöhrətli brendlərin Bakıdakı butik dükanlarında özəl vitrin sistemlərinin quraşdırılmasını, “Beko” və “Neptun” mağazalar şəbəkəsinə aid satış mərkəzlərinin, həmçinin “Azərdəmiryolbank”-ın bölgələrdəki filiallarının inşasındakı iştirakını misal çəkmək olar.

foto2

   GES group-un işçi heyəti yüksək təcrübəyə malik, müasir dövrün tələblərinə uyğun, çətin və zövqlü konstruksiyaların montajını yerinə yetirməyi bacaran peşəkar usta və mühəndislərdən ibarətdir.

  

   Xidmətlərimiz:

  • Əsaslı tikinti
  • Alüminium və PVC qapı-pancərələr
  • Şüşə və polikarbonatdan "SKYLIGHT" sistemləri
  • Alüminium kompozit panellər
  • Dekorativ poliuretan fasadlar
  • Dekorativ sıtropan fasadlar
  • Üzmə hovuzların inşaası
  • Üzmə hovuzlar üçün açılıb-qapanan örtüklər
  • Qış baxçalarının dizaynı və inşaası
  • Dəmirdən döymə əl işləri (məhəccərlər, qapılar, barmaqlıqlar)
  • Talvarlar, günlüklər, və qarajlar
  • Müxtəlif metal konstruksiyalar

   GES group şirkətinin nümaiş stendi 2006-cı ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən Beynəlxalq İnşaat Sərgisində (Baku Build-2006) 200-dən artıq iştirakçı şirkət arasında "Ən gözəl stend" nominasiyasının qalibi olmuşdur.

 

Vorges

Баннер